AZ

2026-cı il Dünya Kuboku üçün bilet satışlarına start verilib

FİFA 2026-cı il futbol üzrə Dünya Kubokunun bütün oyunları üçün bilet satışına başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bilet satışlarına marağın ən yüksək olduğu ölkələr turnirin üç ev sahibi — ABŞ, Kanada və Meksika olub. İlk onluqda həmçinin Kolumbiya, İngiltərə, Ekvador, Braziliya, Argentina, Şotlandiya və Almaniya yer alıb.

Lakin bilet qiymətləri açıqlanandan sonra futbol azarkeşləri arasında narazılıq yaranıb. Bir çox azarkeşlər qiymətləri FİFA-nın onlara qarşı “böyük xəyanəti” kimi qiymətləndiriblər.

Euronewsin məlumatına görə, qrup mərhələsi oyunları üçün biletlərin qiyməti 180–700 ABŞ dolları arasında dəyişir. Final oyunu üçün isə bilet qiymətləri 4185–8680 dollar aralığındadır.

Qeyd olunur ki, bu rəqəmlər FİFA-nın daha əvvəl verdiyi açıqlamalarla ciddi ziddiyyət təşkil edir. Belə ki, qurum əvvəllər bilet qiymətlərinin maksimum 60 ABŞ dolları (təxminən 51 avro), final oyunu üçün isə 6730 dollardan çox olmayacağını bildirmişdi.

Seçilən
76
veteninfo.az

1Mənbələr