AZ

İmişlidə pirotexniki vasitələr satan şəxslər saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən T.İbişov, T.Məmmədov və İ.Nuralıyev saxlanılıblar.

Herbiand.az xəbər verir ki, həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Seçilən
60
18
herbiand.az

9Mənbələr