Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə fizikişəxslərin pul köçürmələrinin həcmi 104,476 milyon ABŞ dollarıtəşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 milyon ABŞ dolları vəya 11,5% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Türkiyənin payı 28,9% təşkil edib. Bununla daTürkiyə Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında ilkpillədə qərarlaşıb.
Həmçinin cari ilin ilk 9 ayında Türkiyədən Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 140,298 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10milyon ABŞ dolları və ya 7,6% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəTürkiyənin payı 16,5% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Türkiyəyə fizikişəxslərin pul köçürmələrinin həcmi 118,090 milyon ABŞ dolları, əksistiqamətdə isə 130,332 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.