ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
İran hələ də nüvə silahı istehsal etməyə çalışır.
KONKRET.az bloomberg-ə istinadla xəbər verir ki, bunu “Mossad” rəhbəri David Barnea bildirib.
“İran İsraili məhv etmək istəyindən əl çəkməyib. Nüvə bombası hazırlamağa davam etmək ideyası hələ də onların qəlbində yaşayır. Məsuliyyətimiz amerikalılarla sıx əməkdaşlıq nəticəsində ciddi şəkildə zədələnən nüvə layihəsinin heç vaxt reallaşmamasını təmin etməkdir”, – Barnea bildirib.
Onun sözlərinə görə, İran dünyanı aldatmaq və növbəti pis nüvə razılaşmasına nail olmaq niyyətindədir: “Biz pis razılaşmaya (İranın nüvə proqramı üzrə – red.) icazə verməmişik və verməyəcəyik”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.