İran hələ də nüvə silahı istehsal etməyə çalışır.
"Yeni Sabah" bloomberg-ə istinadla xəbər verir ki, bunu "Mossad" rəhbəri David Barnea bildirib.
"İran İsraili məhv etmək istəyindən əl çəkməyib. Nüvə bombası hazırlamağa davam etmək ideyası hələ də onların qəlbində yaşayır. Məsuliyyətimiz amerikalılarla sıx əməkdaşlıq nəticəsində ciddi şəkildə zədələnən nüvə layihəsinin heç vaxt reallaşmamasını təmin etməkdir”, - Barnea bildirib.
Onun sözlərinə görə, İran dünyanı aldatmaq və növbəti pis nüvə razılaşmasına nail olmaq niyyətindədir: “Biz pis razılaşmaya (İranın nüvə proqramı üzrə - red.) icazə verməmişik və verməyəcəyik”.
Telegram kanalımız