Bakı. Trend:
Avropa Parlamenti Avropa İttifaqının 2027-ci ilin sonunadəkRusiya qazının idxalından mərhələli şəkildə imtina edilməsininəzərdə tutan qanun qəbul edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmisaytında məlumat dərc olunub.
Məlumata görə, qəbul olunmuş qanun Avropa İttifaqının enerjitəhlükəsizliyini Rusiya Federasiyasının siyasi alətinəçevrilməsindən qoruyacaq.
Rusiya qazının idxalından imtinaya dair qanunun lehinə 500deputat səs verib, 120 parlamentari əleyhinə çıxıb, 32 nəfər isəbitərəf qalıb. Qanun qüvvəyə minməzdən əvvəl Avropa İttifaqı Şurasıtərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Sənədin gələn iltəsdiqlənəcəyi gözlənilir.
Sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra, 2026-cı ilinəvvəlindən etibarən Avropa İttifaqında Rusiya mənşəlimayeləşdirilmiş təbii qazın (LNG) idxalı qadağan ediləcək. Borukəmərləri ilə nəql olunan qazın idxalı isə 30 sentyabr 2027-ciilədək mərhələli şəkildə dayandırılacaq.
Yeni qanun həmçinin pozuntulara yol verən operatorlara qarşı üzvdövlətlərin tətbiq edəcəyi cərimələri də nəzərdə tutur.
“Bu, tarixi bir addımdır: Avropa İttifaqı Rusiya qazı vəneftindən azad yeni bir dövrə doğru nəhəng bir addım atır. Rusiyaartıq heç vaxt fosil yanacaq ixracını Avropaya qarşı silah kimiistifadə edə bilməz. Əsas prioritetlərimiz boru kəməri qazınaqadağanın mümkün qədər tez tətbiqi, uzunmüddətli LNGmüqavilələrinin nəzərdə tutulduğundan bir il əvvəl qadağan edilməsivə bu yeni qaydalardan yan keçilməsinin qarşısının alınması idi”, -deyə Avropa Parlamentinin Sənaye, tədqiqat və enerji komitəsininaparıcı məruzəçi Ville Niinistö (Yaşıllar/EFA, Finlandiya)bildirib.