AZ

“Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır”VİDEO

Ölkədə elektron siqaretlər qadağan edilir.

Xezerxeber.az xəbər verir ki, bu, "Tütün və tütün məmulatı haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, tütün məhsullarının məhdudlaşdırılması, onun reklamının qadağan olunması haqqında qanunlar var. Bu qanunlar kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, işlək deyil.

Qanun qəbul olunacağı halda gələn il fevralın 1-dən qüvvəyə minəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
38
xezerxeber.az

1Mənbələr