AZ

Biləsuvar gömrüyündə nə baş verir? - Video

Dövlət Gömrük Komitəsi Biləsuvar gömrüyündə yaranmış sıxlıqa izah gətirib.

"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, komitədən gün ərzində "Biləsuvar"dan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla ümumən 200-dən çox sərnişinin daşındığını xatırladıb:

"Dekabrın 17-si sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmaları, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etməmələri gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.

Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət  olunmasını tövsiyə edir".

Xatırladaq ki, Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib. Sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video paylaşıb. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik".


Telegram kanalımız
Seçilən
30
5
yenisabah.az

10Mənbələr