AZ

Saatlardır Biləsuvar gömrüyündə qalmışıq, səbəbini bilmirik – VİDEO (YENİLƏNİB)

Saatlardır Biləsuvar gömrüyündə qalmışıq, səbəbini bilmirik – VİDEO (YENİLƏNİB)

"Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin "Biləsuvar" gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb.

Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər".

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, gün ərzində "Biləsuvar" gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla, ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir:

"Dekabrın 17-də sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmalarına, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etmədiklərinə görə gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib".

"Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir", - deyə məlumatda vurğulanıb.

***

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.

AFN.az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video çəkib.

O bildirib ki, saatlardır soyuq havada gözləyirlər:

“Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik”.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
21
13
afn.az

10Mənbələr