Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Dekabrın 17-də yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Trend xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb. Köçdə 6 ailə (26 nəfər) olub.
Bundan əlavə, Qırmızı bazar qəsəbəsinə yola salınan köç də ünvana çatıb. Bu gün 18 ailə olmaqla 90 nəfər doğma yurduna qayıdıb.
xxx
07:11
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, bu mərhələdə - dekabrın 17-də Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 91 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.