Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.
APA-nın Qarabağ bürosu xəbər verir, dekabrın 17-də Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailə köçürülüb.
Sakinlərə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.