AZ

Hörmüzdə dəniz qan rənginə boyandi Video

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İranın cənubunda yerləşən Hörmüz adasında yağan güclü yağışlar sahilyanı dəniz sularının qırmızı rəngə boyanmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Mütəxəssislərin bildirdiyinə görə, bu nadir mənzərənin səbəbi adanın torpaq tərkibi ilə bağlıdır. Hörmüz adasının səthi dəmir oksidi ilə zəngin qırmızı gil qatlarından ibarətdir. Güclü yağıntılar zamanı bu torpaq yuyularaq dənizə axır və nəticədə sahilboyu sular tünd qırmızı çalar alır.

Hadisə təbii proses hesab olunur və ekoloji təhlükə yaratmır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
3
axar.az

9Mənbələr