AZ

İranda kritik vəziyyət - Son 58 ilin ən quraq payızı yaşanır

BAKI, 24 noyabr. TELEQRAF

İranda son 58 ilin ən quraq payızı yaşanır. Su səviyyəsi kritik həddə düşüb.

Teleqraf xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İran Energetika Nazirliyinin Su Məlumatları İdarəsinin müdiri Firuz Qəsımzadə ölkədə yağışsızlığın ciddi həddə çatdığını bildirib.

“Bu payız son 58 ilin ən az yağıntılı dövrü rekordunu qırdı. Yağıntılar uzunmüddətli orta göstərici ilə müqayisədə 81 faiz azalıb. Su anbarlarındakı su səviyyəsi isə 32 faizə düşüb.”- nazir əlavə edib.

O qeyd edib ki, paytaxt Tehran da daxil olmaqla 15 əyalətdə yağış miqdarı 1 millimetrdən aşağı olub. İran rəsmisi xüsusilə Tehran, İsfahan, Xorasan-e Rəzəvi, Qum, Hörmüzqan, Mərkəzi, Zəncan və Kirman əyalətlərindəki su anbarlarında vəziyyətin kritik olduğunu vurğulayıb.

Seçilən
138
6
teleqraf.com

9Mənbələr