28 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 23.12.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2040021027
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 18%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Ticarətə buraxılma tarixi: 23.12.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC