AZ

"KƏPƏZ BOKT" istiqrazları üçün “Ticarətə İcazə” qərarı verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR

8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlayıb, 10 təqvim günü davam edəcəkdir.

İstiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik gəlirlilik dərəcəsi 15 faiz, ödəmə periodu ayda bir dəfədir. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012020809

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter: “Troni İnvestisiya Şirkəti” QSC

Seçilən
72
2
marja.az

3Mənbələr