AZ

Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

Bakı. Trend:

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 281,1min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend-əDövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eynidövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcmifadəsində isə 191,3 min ton və ya 3,1 dəfə çoxdur.

Qeyd olunan dövrdə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 12-ci yeri tutub.

Onu da qey edək ki, cari ilin yanvar–noyabr aylarındaAzərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilənxam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyonton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydəalınıb.

Məqalədə:
Seçilən
130
8
az.trend.az

10Mənbələr