AZ

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Cebheinfo.az" xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində ŞQTM-nin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

"Cebheinfo.az"

Seçilən
18
11
cebheinfo.az

10Mənbələr