AZ

Sumqayıtda 700 abonentin qazı kəsiləcək



Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən aia.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində ŞQTM-nin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

aia.az



Seçilən
25
11
aia.az

10Mənbələr