AZ

Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması ilə bağlı müraciətinə baxılıb.

 

Senzor.az bildirir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. 

 

Qərara əsasən müddət bərpa olunmayıb.

 

Qeyd edək ki, Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

 

Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Əjdər Ol 2023-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb.

Seçilən
23
32
senzor.az

10Mənbələr