AZ

ƏƏSMN in həbsdə olan sabiq aparat rəhbərinin şikayətinə yox deyildi

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması ilə bağlı müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən müddət bərpa olunmayıb.

Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Əjdər Ol 2023-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb./APA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
mia.az

10Mənbələr