Naxçıvan şəhərində avtobusun iştirakı ilə zəncirvari qəza baş verib.
Hurriyyet.Az Nocomment.az-a istinadla xəbər verir ki, şəhərin İstiqlal küçəsində marşrut avtobusu idarəetmədən çıxaraq əvvəlcə “Opel” markalı avtomobillə toqquşub.
Daha sonra avtobus yol kənarında dayanmış “NAZ-Lifan”, “Toyota” və “Changan” markalı avtomobillərə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.