Naxçıvan şəhərində avtobusun iştirakı ilə zəncirvari qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, şəhərin İstiqlal küçəsində marşrut avtobusu idarəetmədən çıxaraq əvvəlcə “Opel” markalı avtomobillə toqquşub.
Daha sonra avtobus yol kənarında dayanmış “NAZ-Lifan”, “Toyota” və “Changan” markalı avtomobillərə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.