Ağ Ev ABŞ-ın quruda narkotik satıcılarına qarşı hələ də mübarizəyə başlamamasının səbəbini açıqladı
Ağ Evin aparat rəhbəri Syuzi Uayls ABŞ Konqresinin hələlik Venesuela ərazisinə hücumlara icazə vermədiyini bildirib.
Uaylsın izah etdiyi kimi, ABŞ-ın hələ də Venesuelada narkotik qaçaqmalçıları ilə mübarizə aparmaq üçün quru əməliyyatlarına başlamamasının səbəbi budur. Bununla belə, o, birbaşa xarici əraziyə hücumun tammiqyaslı müharibə hesab ediləcəyini etiraf etdi.
Daha əvvəl Venesuela prezidenti Nikolas Maduro ABŞ hökumətini insanları qaçırmaqda ittiham etmişdi.
aia.az
Tərcümə şöbəsi