Axsham.az saytına istinadən ain.az xəbər verir.
2026-cı ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb.
Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (AYB) siyahını yayımlayıb. Gələn il 35 ölkənin nümayəndəsi birincilik uğrunda mübarizə aparacaq.
Vyanada keçiriləcək 70-ci "Avroviziya" mahnı müsabiqəsinə bu il 3 ölkə – Bolqarıstan, Ruminiya və Moldova geri dönüb. Amma İsrailin iştirakı ilə bağlı 5 ölkə müsabiqədən imtina edib. Vunlar Niderland, İspaniya, Sloveniya, İslandiya və İrlandiyadır.
Qeyd edək ki, bu il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.