AZ

Biləsuvar bazarında nöqsanlar aşkarlandı

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 111 ünvanında fəaliyyət göstərən "Ruslan" MMC-yə məxsus bazarda planlı yoxlama keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı bazarda etiket məlumatları olmayan turşu məhsullarının satışa çıxarıldığı, soyuducu kameraların təşkil edilmədiyi, obliqat qrupuna daxil olan işçilərin müvafiq geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadıqları, müvafiq təmizlik işlərinin görülmədiyi, sanitar-gigiyenik, sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib olunub, obliqat qrupuna daxil olan əməkdaşların işdən kənarlaşdırılması və mənşəyi məlum olmayan qida məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib.

Seçilən
28
4
hafta.az

6Mənbələr