AZ

“Ruslan” MMC yə məxsus bazarda nöqsanlar aşkarlandı FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 111 ünvanında fəaliyyət göstərən, “Ruslan” MMC-yə məxsus bazarda planlı yoxlama keçirib.

Agentlikdən "Unikal"a verilən məlumata görə, baxış zamanı bazarda etiket məlumatları olmayan turşu məhsullarının satışa çıxarıldığı, soyuducu kameraların təşkil edilmədiyi, obliqat qrupuna daxil olan işçilərin müvafiq geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib olunub, obliqat qrupuna daxil olan işçilərin işdən kənarlaşdırılması və mənşəyi məlum olmayan qida məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
4
unikal.az

6Mənbələr