Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb.
Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də ifadə vermişdi.