Milli Şuranın sədri, Milli Məclisin keçmiş deputatı, professor Cəmil Həsənli növbəti dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
C.Həsənli DTX-yə çağırılma səbəbini hələlik bilmədiyini yazıb.
Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə DTX-də dindirilmişdi.
R.Mehdiyevin cinayət işi üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şura üzvü Əli Kərimli də həbs olunub.
Nazim Hacıyev
Telegram kanalımız