AZ

Elektron siqaretlərin reklamı da qadağan edilir

Azərbaycanda elektron siqaretlərin reklamı da qadağan edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Qanunla reklamı qadağan olunan məhsulların siyahısına nikotin tərkibi olmayan elektron siqaretlər də əlavə olunur.

Mövcud qanunvericilikdə narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının, Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Qeyd edək ki, bununla yanaşı, yeni layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi də qadağan olunur.

Seçilən
19
15
operativmm.az

10Mənbələr