AZ

Faşist salamına görə almaniyalı deputat məsuliyyətə cəlb edilib

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan deputat Matias Mosdorf barədə Berlin prokurorluğu təhqiqat aparır.

AZƏRTAC xəbər verir ki, 60 yaşlı deputat parlamentin iclası zamanı faşist salamı verdiyi üçün barəsində təhqiqat aparılır.

Ötən ay Bundestaq onun toxunulmazlıq statusunu ləğv edib. Mosdof özü isə ittihamları rədd edir.

Qeyd edək ki, Almaniyada İkinci dünya müharibəsindən sonra faşist simvolları qadağan olunub.

Seçilən
55
4
yeniazerbaycan.com

5Mənbələr