AZ

Deputat faşist salamına görə məsuliyyətə cəlb edilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan deputat Matias Mosdorf barədə Berlin prokurorluğu təhqiqat aparır.

Hafta.az xəbər verir ki, 60 yaşlı deputat parlamentin iclası zamanı faşist salamı verdiyi üçün barəsində təhqiqat aparılır.

Ötən ay Bundestaq onun toxunulmazlıq statusunu ləğv edib. Mosdof özü isə ittihamları rədd edir.

Qeyd edək ki, Almaniyada İkinci dünya müharibəsindən sonra faşist simvolları qadağan olunub.

Seçilən
51
4
hafta.az

5Mənbələr