AZ

OBA saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir

Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.
Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya OBA-ya aid deyil.
Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:
• Şübhəli linklərə daxil olmamaq;
• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;
• Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.
OBA Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.
Seçilən
27
9
onn.az

10Mənbələr