AZ

“OBA”nın adından qeyri rəsmi kampaniya və müsabiqələr keçirilir... Şirkətdən AÇIQLAMA

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur”.

Bu barədə Bakıvaxtı.az-a  “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrlə bağlı Veysəloğlu Şirkətlər Qrupundan bildirilib.

Şirkətbən vurğulanıb ki, rəsmi kanallarda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.

Veysəloğlu Şirkətlər Qrupu müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edir:

• Şübhəli linklərə daxil olmamaq;

• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;

• Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.

"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.

Nərgiz Məmmədli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
9
bakivaxti.az

10Mənbələr