AZ

Xocalı rayonunun iki kəndinə növbəti köç karvanları yola salındı

XOCALI, 16 dekabr. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 10 ailə olmaqla 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən 41 nəfər yola salınıb.

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
17
14
teleqraf.com

10Mənbələr