Ağdam. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-inQarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bumərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 10 ailə olmaqla 44nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən 41 nəfər Ağdamın Dördyoladlanan ərazisindən yola salınıb.
Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç edənailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.