AZ

Rusiyada məktəbə bıçaqla hücum edən yeniyetmə törətdiyi cinayəti anbaan telefonla videoya çəkib - FOTO - VİDEO - YENİLƏNİB-1

Rusiyada 15 yaşlı yeniyetmə məktəbdə törətdiyi cinayəti lentə alıb və Teleqram kanalına yükləyib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayətinin Odintsovo şəhərinin Qorki-2 qəsəbəsindəki məktəbin 9-cu sinif şagirdi Timofey K. törətdiyi cinayəti anbaan telefonla videoya çəkib.

“Mash” teleqram kanalı həmin video görüntüləri yayıb. Görüntülərdən məlum olur ki, Timofey əlində bıçaq məktəbin binasının içində şagirdlərlə qarşılaşır və onların milliyyətini soruşur. Bu zaman ona mühafizəçi yaxınlaşır və ondan bıçağı yerə qoymasını tələb edir. Timofey əlindəki qaz balonu ilə mühafizəçini zərərsizləşdirir və bir şagirdi qovmağa başlayır. Onu pilləkənlərdə yaxalayıb, bıçaqla dəfələrlə zərbələr endirib, öldürür.

***

11:54

Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.

Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.

Onun köynəyinin üzərində "Heç kimin həyatı vacib deyil" yazısı olub.

Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.

***

11:23

Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, insident Qorki-2 qəsəbəsində Uspenskaya orta məktəbində baş verib.

İlkin məlumata görə, məktəbli bir mühafizəçini və şagirdi bıçaqlayıb.

"Baza"nın məlumatına görə, Qorki-2 qəsəbəsindəki məktəbə edilən hücumda bir uşaq ölüb, daha iki nəfər yaralanıb.

Seçilən
50
3
apa.az

7Mənbələr