AZ

Rusiyada yeniyetmə məktəbdə şagirdi öldürdü VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.

Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.

Onun köynəyinin üzərində “Heç kimin həyatı vacib deyil” yazısı olub.

Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.

X X X

Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.

Globalinfo.az xəbər verir ki, insident Qorki-2 qəsəbəsində Uspenskaya orta məktəbində baş verib.

İlkin məlumata görə, məktəbli bir mühafizəçini və şagirdi bıçaqlayıb.

“Baza”nın məlumatına görə, Qorki-2 qəsəbəsindəki məktəbə edilən hücumda bir uşaq ölüb, daha iki nəfər yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
5
globalinfo.az

7Mənbələr