Naxçıvanda avtobus idarəetməni itirib, zəncirvari qəza baş verib.
APA xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində baş verib. Şəhərdaxili marşrut avtobusu yoldan çıxararaq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub. Ardınca avtobus yol kənarında dayanan "NAZ-Lifan", "Toyota" və "Changan" avtomobillərinə çırpılıb. Qəza zamanı 5 avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.