Apa.az saytına istinadən ain.az xəbər verir.
Naxçıvanda avtobus idarəetməni itirib, zəncirvari qəza baş verib.
APA xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində baş verib. Şəhərdaxili marşrut avtobusu yoldan çıxararaq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub. Ardınca avtobus yol kənarında dayanan "NAZ-Lifan", "Toyota" və "Changan" avtomobillərini çırpılıb. Qəza zamanı 5 avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.