
İranda ağır yol qəzası baş verib.
APA İran mediasına istinadən xəbər verir ki, qəza İsfahan-Tehran şossesində qeydə alınıb.
Sərnişin avtobusu “Peugeot” minik avtomobili ilə toqquşaraq aşıb. Qəza nəticəsində 13 nəfər ölüb.
Hələlik qəzanın səbəbi məlum deyil, faktla bağlı istintaq başlanıb.