EN

İranda avtobus minik maşını ilə toqquşaraq aşıb, 13 nəfər ölüb

İranda

İranda ağır yol qəzası baş verib.

APA İran mediasına istinadən xəbər verir ki, qəza İsfahan-Tehran şossesində qeydə alınıb.

Sərnişin avtobusu “Peugeot” minik avtomobili ilə toqquşaraq aşıb. Qəza nəticəsində 13 nəfər ölüb.

Hələlik qəzanın səbəbi məlum deyil, faktla bağlı istintaq başlanıb.

Chosen
32
2
xalqcebhesi.az

3Sources