Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"İnter Mayami" klubu "Real Madrid"in keçmiş müdafiəçisi Serxio Requlonu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, ABŞ təmsilçisi sözügedən futbolçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
Requlon "İnter Mayami" ilə 2027-ci ilin sonuna qədər müddətə müqavilə imzalayıb. Müqavilədə əlavə bir il üçün seçim var. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı Requlon karyerasını başa vurduğunu elan edən Jordi Albanı əvəz edəcək.
Lionel Messinin də heyətində olduğu "İnter Mayami" bu mövsüm həlledici oyunda "Vankuver"i 3:1 hesabı ilə məğlub edərək MLS çempionluğunu qazanıb.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.