AZ

İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu

Qol.az saytına istinadən ain.az xəbər verir.

İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu

İspaniya millisinin sabiq üzvü Serxio Reqilon "İnter Mayami"yə keçib.

QOL.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı müdafiəçi ilə 2027-ci ilin dekabrına qədər sözləşmə bağlanıb. Müqavilə müddəti daha 1 il uzadıla bilər.

Qeyd edək ki, Serxio Reqilon son olaraq "Tottenhem"də çıxış edib. O, yayda London klubundan ayrılıb.

Xatırladaq ki, "İnter Mayami"nin heyətində Lionel Messi və Luis Suares kimi futbolçular da çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
32
qol.az

10Mənbələr