AZ

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət edib

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib.

 

Senzor.az bildirir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.

 

“Dəyərli Xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir. Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram”, - deyə A.Ələkbərov paylaşımda qeyd edib.

 

Qeyd edək ki, bu gün Ramiz Rövşənin 79 yaşı tamam olur.


Seçilən
33
32
senzor.az

10Mənbələr