AZ

Heydər Əliyev Fondunun icraçı direktoru Ramiz Rövşənin evinə getdi-FOTO

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün 79 yaşı tamam olan Xalq şairi Ramiz Rövşənin evində qonaq olub.

Bununla bağlı Anar Ələkbərov özü məlumat verib:

“Dəyərli Xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi.

Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir.

Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram”.

 

AzPost.az

Seçilən
48
27
azpost.info

10Mənbələr