“Nyukasl”ın mərkəz müdafiəçisi Den Börn “Sanderlend”ə qarşı keçirilən və 0:1 hesabı ilə başa çatan oyunda ciddi zədə alıb.
Publika.az xəbər verir ki, Börn qarşılaşmanın birinci hissəsinin sonlarında rəqiblə sərt toqquşmadan sonra əvəzlənib. Oyundan sonra “sağsağanlar”ın baş məşqçisi Eddi Hau bildirib ki, müdafiəçinin nəfəs almaqda çətinliyi olduğunu və bu səbəbdən xəstəxanaya göndərildiyini bildirib.
“The Daily Mail”in məlumatına görə, Den Börndə qabırğa sınığı aşkarlanıb və o, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.