AZ

Azərbaycan klubunun futbolçusu xəstəxanalıq oldu

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İkinci Liqa klubu "Xankəndi"nin heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, komandanın futbolçusu İlyas Səfərzadə bu gün liqanın 11-ci turu çərçivəsində keçirilən "Şirvan"la oyunun 29-cu dəqiqəsində reklam şitinə dəyərək ağır zədə alıb.

29 yaşlı futbolçu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada futbolçunun ayağına 5 tikiş qoyulub. Həkimlər bildirib ki, futbolçu ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Xankəndi" - "Şirvan" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
24
sport24.az

10Mənbələr