AZ

Bu legioner “Sabah”ı tərk edə bilər

"Sabah"da qış fasiləsində ayrılıq olacağı gözlənilir.

Paralel.az xəbər verir ki Boyan Letiç Masazır klubundan ayrıla bilər.

Bosniya və Herseqovinanın U-21 yığmasında da oynamış Letiçin qış fasiləsi zamanı ölkəmizi tərk edərək Serbiyaya yollanacağı gözlənilir.
 

Ona Serbiya Superliqası klublarından təkliflər var. 32 yaşlı müdafiəçinin “Sabah”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.


Letiç karyerası ərzində “Velej Mostar”, “Jilina”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş”, “Mirandes” klublarında oynadıqdan sonra 2022-ci ildə “Sabah”a keçib.

Seçilən
18
3
paralel.az

4Mənbələr