AZ

Bu legioner “Sabah”ı tərk edə bilər

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sabah"da qış fasiləsində ayrılıq olacağı gözlənilir.Bizim.Media xəbər verir ki, Boyan Letiç Masazır klubundan ayrıla bilər.Bosniya və Herseqovinanın U-21 yığmasında da oynamış Letiçin qış fasiləsi zamanı ölkəmizi tərk edərək Serbiyaya yollanacağı gözlənilir.

 

Ona Serbiya Superliqası klublarından təkliflər var. 32 yaşlı müdafiəçinin “Sabah”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Letiç karyerası ərzində “Velej Mostar”, “Jilina”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş”, “Mirandes” klublarında oynadıqdan sonra 2022-ci ildə “Sabah”a keçib.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
bizim.media

4Mənbələr