AZ

Bakıda avtomobil yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub”, - deyə məlumatda qeyd edilib.

"Cebheinfo.az"

Seçilən
41
15
cebheinfo.az

10Mənbələr